Tayson Fyuri – Entoni Coşua döyüş gecəsinin əsas proqramı açıqlanıb

A- A A+

Ağır çəkidə boksçular Tayson Fyuri və Entoni Coşua arasında keçiriləcək qarşılaşmanın proqramına daxil olan döyüşlər müəyyənləşib.

NUHÇIXAN  “Netflix”in rəsmi saytına istinadən xəbər verir ki, görüşlər dekabrın 11-də Uelsin Kardiff şəhərində yerləşən “Principality” stadionunda təşkil olunacaq.

Məlumata görə, gecənin əsas qarşılaşmasında Tayson Fyuri Entoni Coşua ilə üz-üzə gələcək. Proqramın diqqətçəkən digər döyüşündə ABŞ təmsilçisi, Dünya Boks Şurasının keçmiş (WBC) çempionu Deontey Uaylder məğlubiyyətsiz avstraliyalı Jai Opetaya ilə qarşılaşacaq.

Bundan başqa, Martin Bakole Solomon Adebayoya, D'Mezion Vanhauter isə Maykl Essombaya qarşı rinqə çıxacaq.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: