Azərbaycanın gənc gimnastı dünya çempionatında gümüş medal qazanıb - FOTOLAR

A- A A+

Çinin Nankin şəhərində gənclər arasında keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatı və Dünya Yaş Qrupları Yarışlarında Azərbaycan təmsilçiləri uğurlu çıxışlarını davam etdirirlər.

Azərbaycan Gimnastika Federasiyasından NUHÇIXAN-a verilən məlumata görə, tamblinq üzrə 17-21 yaş kateqoriyasında Bilal Qurbanov final mərhələsində 27.000 xal toplayaraq gümüş medal qazanıb. Hüseyn Abdullayev isə 25.700 xalla 5-ci yeri tutub.

Qeyd edək ki, noyabrın 15-dək davam edəcək yarışlarda batut gimnastikası, tamblinq və ikili mini-batut proqramları üzrə mübarizə gedir. Yarışlara ümumilikdə 40-dan çox ölkə və regiondan 2000-dən artıq idmançı, məşqçi və texniki nümayəndə qatılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: