Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ Prezidentinin nümayəndələri Stiv Uitkoff və Cared Kuşner arasında danışıqlar başa çatıb. Görüş təxminən 2,5 saat davam edib.
NUHÇIXAN xəbər verir ki, danışıqlardan sonra S.Uitkoff və C.Kuşner Moskvadan Dublinə yola düşüblər. Onların burada Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü planlaşdırılıb. Kremldə keçirilən görüş zamanı S.Uitkoff Rusiya lideri ilə apardığı danışıqlar barədə V.Zelenskini məlumatlandıracağını bildirib.
Danışıqlar aparan ABŞ nümayəndələri Moskvaya bu gün, noyabrın 10-11-də Əbu-Dabidə Rusiya, ABŞ və Ukrayna nümayəndələrinin iştirakı ilə keçirilmiş üçtərəfli görüşdən sonra gəliblər.
