Rusiya Ukraynanın neft-qaz obyektini sıradan çıxarıb

A- A A+

Rusiya qoşunları Ukraynanın Çerniqov vilayətində "Naftoqaz" qrupuna məxsus neft-qaz obyektinə iki raket zərbəsi endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə şirkətin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, hücum nəticəsində müəssisəyə ciddi ziyan dəyib, texnoloji avadanlıqlar sıradan çıxıb.

"Təhlükəsizlik vəziyyətinə görə hazırda hücumun nəticələrini qiymətləndirmək mümkün deyil", – bəyanatda qeyd olunub.

Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb. Bütün işçilər hücum zamanı sığınacaqda olublar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: