Ukraynadakı münaqişənin həlli ilə bağlı razılaşma ABŞ-nin Avropadakı müttəfiqlərinin danışıqlarda iştirakı olmadan əldə edilə bilməz.
NUHÇIXAN xəbər verir ki, bunu ABŞ Prezidentinin xüsusi nümayəndəsi Cared Kuşner Dublində jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, ABŞ son bir neçə ay ərzində Avropa ölkələri ilə bu məsələ üzrə sıx əməkdaşlıq edir.
“Son bir neçə ay ərzində avropalılarla çox sıx əməkdaşlıq etmişik və hesab edirəm ki, bu, olduqca vacibdir. Avropalılar danışıqlar masasında olmadan bu razılaşmanı əldə edə bilmərik”, – deyə Kuşner vurğulayıb.
