Böyük Britaniya miqrantların keçmiş hərbi bazada yerləşdirilməsi planını təsdiqləyib

A- A A+

Böyük Britaniya hökuməti Oksfordşirdə yerləşən keçmiş Bicester hərbi bazasının ərazisində sığınacaq axtaran şəxslərin müvəqqəti yerləşdirilməsi planını təsdiqləyib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “Sky News” telekanalı ölkənin Mənzil, İcmalar və Yerli Özünüidarəetmə Nazirliyinin nümayəndəsinə istinadla məlumat yayıb.

Bildirilib ki, nazir Angela Rayner keçmiş hərbi bazanın ərazisindəki anbarın müvəqqəti və mərhələli şəkildə istifadəsinə icazə verib. Müəssisədə Böyük Britaniyaya qanunsuz yollarla daxil olmuş 1300 sığınacaq axtaran şəxsin yerləşdirilməsi nəzərdə tutulur.

Məlumata görə, 2018-ci ildən bəri 215 mindən çox miqrant qayıqlarla La-Manş boğazını keçərək Böyük Britaniyaya daxil olub.

Sığınacaq müraciətlərinə baxıldığı müddətdə miqrantların xüsusi mərkəzlərdə yerləşdirilməsi nəzərdə tutulsa da, bu cür müəssisələrin sayı mövcud tələbatı ödəməyə kifayət etmir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: