Myanmanın cənubundakı Şan əyalətində güclü yağışların səbəb olduğu daşqınlar nəticəsində təxminən 4950 nəfər təxliyə edilib.
NUHÇIXAN xəbər verir ki, bu barədə ölkənin yanğınsöndürmə xidmətləri məlumat yayıb. Bildirilib ki, əyalətin beş qəsəbəsində 1123 ev təsərrüfatının sakinləri təhlükəsiz ərazilərə köçürülüb.
Daşqınlara çərşənbə axşamından başlayan intensiv yağışlar səbəb olub. Xilasetmə qrupları təxliyə işlərini davam etdirir, su basmış yollardan suyu çəkir və əraziləri təmizləyir.
