NATO ölkələri XİN başçılarının görüşü dekabrın 2-də Brüsseldə keçiriləcək

A- A A+

NATO ölkələri XİN başçılarının görüşü dekabrın 2-də alyansın Brüsseldəki (Belçika) mənzil-qərargahında keçiriləcək.

NUHÇIXAN xəbər verir ki, bu barədə təşkilatın mətbuat xidmətinin məlumatında bildirilib.

"Müttəfiq ölkələrin xarici işlər nazirləri 2 dekabr 2026-cı ildə NATO-nun Brüsseldəki mənzil-qərargahında görüşəcəklər", - məlumatda qeyd olunub.

İclas baş katib Mark Rüttenin sədrliyi ilə keçiriləcək. Rütte həmçinin NATO ölkələrinin xarici işlər nazirlərinin görüşü ərəfəsində mətbuat üçün brifinq keçirəcək.

XİN başçılarının görüşündəki müzakirə mövzuları rəsmi olaraq açıqlanmır. Lakin medianın məlumatına görə, nazirlər Ukraynaya silah tədarükünü, Avropada silah istehsalının artırılmasını və Rusiyaya qarşı hərbi çəkindirmə tədbirlərini müzakirə edəcəklər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: