"Almaniya üçün Alternativ" (AfD) partiyası ölkə prezidenti postuna öz namizədini - sabiq futbolçu, 1990-cı ilin dünya çempionu Tomas Bertoldu irəli sürəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.
Bununla yanaşı qeyd olunub ki, bu məsələ ilə bağlı rəsmi məsləhətləşmələr və qərarın qəbulu şənbə günü partiyanın federal icraiyyə komitəsinin regional hökumət sədrləri ilə keçiriləcək konfransında baş tutacaq.
Ekspertlərin fikrincə, koronavirus pandemiyası dövründə siyasi bəyanatlar verən və federal hökumət tərəfindən görülən tədbirləri tənqid edən Bertoldun bu posta seçilmək üçün real şansları yoxdur.
Daha əvvəl Xristian Demokratik və Xristian Sosial İttifaqları bloku prezidentliyə namizəd kimi Bavariya landtaqının (əyalət parlamentinin) sədri İlze Ayqneri irəli sürmüşdü. Sosial-demokratlar və "Yaşıllar" Ayqnerə dəstək verəcəklərinə işarə ediblər, buna görə də seçkilərdə Federal Məclisdə çoxluq onun üçün təmin olunub.
Hazırkı prezident Frank-Valter Ştaynmayer iki müddətdən sonra artıq öz namizədliyini irəli sürə bilməz.
