Hörmüz boğazında tanker minaya düşərək yanıb

A- A A+

Hörmüz boğazının şərq hissəsində hərbi dəniz minasına düşən tanker yanıb və hərəkətsiz qalıb.

NUHÇIXAN xəbər verir ki, bu barədə İran Hərbi Dəniz Qüvvələri məlumat yayıb.

Bildirilib ki, hadisə noyabrın 14-də boğazın məhdud və təhlükəli elan edilmiş ərazisində baş verib. İran tərəfinin iddiasına görə, tanker əvvəlcədən edilmiş xəbərdarlıqlara məhəl qoymayıb, həmçinin izləmə və identifikasiya sistemlərini söndürüb.

İran Hərbi Dəniz Qüvvələri həmin ərazidən keçən gəmilərin təhlükə ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: