Sabunçu rayonu Ramana qəsəbəsində bir avtomobildən 6000 manat nağd pul və bank kartları oğurlanıb. Polisin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən E.Ağamirzəyev müəyyən edilərək saxlanılıb.
Bu barədə NUHÇIXAN-a DİN-in mətbuat xidmətindən bildirilib.
Məlum olub ki, saxlanılan şəxs nəqliyyat vasitəsinin qapısının açıq olmasından istifadə edərək oğurluq hadisəsini törədib.
Faktla bağlı cinayət işi başlanılıb.
