Bəhreyn İranın bir neçə hava hücumunun qarşısını aldığını bəyan edib

A- A A+

Bəhreyn Müdafiə Qüvvələri hava hücumundan müdafiə sistemlərinin krallığı hədəf alan bir neçə İran hava hücumunun qarşısını aldığını bəyan edib.

NUHÇIXAN “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, bəhreynli rəsmilər İranın krallığa qarşı sistematik təcavüzünü davam etdirməkdə ittiham edərək, Müdafiə Qüvvələrinin mərmiləri hədəflərinə çatmazdan əvvəl zərərsizləşdirdiyini bildirib.

Bəyanatda qeyd olunub: “İran Bəhreyn krallığını hədəf alan xain hücumlarını davam etdirir”.

Bəhreyn ordusu əlavə edib ki, bütün bölmələri və silahları yüksək döyüş hazırlığı vəziyyətindədir, krallığı növbəti zərbələrdən müdafiə etməyə tam hazırdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: