İndoneziyada tufanlar nəticəsində 500-ə yaxın bina zərər görüb

A- A A+

İndoneziyanın Qərbi Yava əyalətində baş verən güclü tufanlar və qasırğalar nəticəsində 496 bina, o cümlədən yaşayış evləri, mağazalar və ictimai obyektlər zərər görüb.

NUHÇIXAN xarici mediaya istinadla xəbər verir ki, yerli hakimiyyət orqanlarının məlumatına görə, təbii fəlakət noyabrın 13-ü və 14-də əyalətin bir neçə rayonunu əhatə edib. Ümumilikdə, 336 yaşayış binası zədələnib ki, bunlardan 63-ü ciddi şəkildə dağılıb.

Ən ağır nəticələr Qərbi Bandunq dairəsində qeydə alınıb - burada 195 evə ziyan dəyib. Bandunq dairəsinin rəhbərliyi tərəfindən fövqəladə vəziyyət elan edilib və evləri güclü dağıntıya məruz qalan sakinlərə yardım göstəriləcəyi bildirilib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: