Husilər Yəmənin müvəqqəti paytaxtı Ədənə doğru irəliləyirlər

A- A A+

Yəmənin husiləri beynəlxalq səviyyədə tanınmış hökumətin müvəqqəti qərargahının yerləşdiyi Ədən şəhərinə doğru irəliləyirlər. Husi qüvvələrinin şəhərdən təxminən 50 kilometr məsafədə olduğu bildirilir.

NUHÇIXAN  xəbər verir ki, bu barədə ərəb mediası məlumat yayıb.

Məlumata görə, Yəmən hökuməti şəhərin müdafiəsini gücləndirmək məqsədilə ölkənin digər bölgələrindən əlavə qüvvələr cəlb edir. “Əl-Cəzirə” telekanalının məlumatına əsasən, hökumət qüvvələri Bab əl-Məndəb boğazı yaxınlığındakı ərazilərdən də yenidən yerləşdiriləcək.

Husilər isə hökumət qüvvələrinin geri çəkildiyi Qırmızı dəniz sahilindəki ərazilərə nəzarəti ələ keçirdiklərini bildiriblər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: