İran neftinin tədarükü dayandıqdan sonra Çin zavodları İraqa üz tutub

A- A A+

ABŞ-nin dəniz blokadası səbəbindən İrandan neft tədarükünün böyük ölçüdə dayanması Çinin müstəqil neft emalı zavodlarını alternativ təchizatçılara yönəldib. Bu prosesdə İraq endirimli neft qiymətləri ilə ön plana çıxarkən, beynəlxalq enerji ticarəti şirkətləri də Çin bazarındakı fəaliyyətlərini genişləndiriblər.

NUHÇIXAN  xəbər verir ki, Çinin müstəqil neft emalı zavodları ABŞ-nin dəniz blokadası nəticəsində sanksiyalara məruz qalan İran neftinin tədarükünün böyük ölçüdə dayanmasından sonra İraq və digər alternativ təchizatçılara üz tutublar. Bu vəziyyət beynəlxalq neft ticarəti şirkətlərinə Çinin böyük və gəlirli bazarına yenidən daxil olmaq imkanı yaradıb.

Dünyanın ən böyük neft idxalçısı olan Çindəki özəl neft emalı zavodları uzun illər ərzində əsasən endirimli İran neftindən, eləcə də Rusiyanın Uzaq Şərqdən ixrac etdiyi “ESPO” markalı neftdən istifadə ediblər. Lakin Yaxın Şərqdə təxminən 9 aydır davam edən müharibə və ABŞ-nin dəniz blokadası İrandan neft tədarükünü demək olar ki, tamamilə dayandırıb, Rusiya neftinin maya dəyərini isə artırıb. Nəticədə ölkədə “teapot” adlandırılan müstəqil neft emalı zavodları alternativ təchizat mənbələri axtarmağa başlayıblar.

İran neftinin tədarükündə yaranan boşluğu getdikcə daha çox İraq doldurmağa başlayıb. Körfəzin daxili hissəsində yerləşən İraq neftin daşınması üçün tanker təmin etməyə razı olan alıcılara yüksəkhəcmli endirimlər təklif edir. “Mercuria Energy Group” və “Vitol Group” kimi beynəlxalq enerji ticarəti şirkətləri də İraq neftinin Çinə çatdırılmasında mühüm rol oynayırlar.

Enerji araşdırmaları şirkəti “GL Consulting”ə görə, hazırkı şəraitdə İraq nefti daha cəlbedici təchizat mənbəyinə çevrilib. İstehsalçılar Hörmüz boğazı vasitəsilə ixracın yaratdığı logistika risklərini öz üzərinə götürə bilən alıcılara sərfəli şərtlər təklif edirlər. Bu vəziyyət Körfəzindəki digər neft təchizatçılarını da oxşar addımlar atmağa təşviq edə bilər. Təklif artıqlığının müşahidə olunduğu bazarda Çinin müstəqil neft emalı zavodlarının güclü tələbin qorunub saxlanıldığı azsaylı alıcı qruplarından biridir.

Bazar iştirakçılarının məlumatına görə, İsveçrədə yerləşən “Mercuria” şirkəti İraq neftinin Çinin müstəqil neft emalı zavodlarına tədarükündə əsas şirkətlərdən birinə çevrilib. Şirkət tenderlər və birbaşa danışıqlar vasitəsilə əldə etdiyi böyük həcmli spot neft təkliflərindən yararlanaraq son həftələrdə “Shenghong Petrochemical”, “Hongrun” və “Chambroad” da daxil olmaqla, azı 8 müstəqil neft emalı zavoduna 20 milyon barelədək İraq nefti satıb.

Məlumata görə, “Mercuria” bu neftin böyük hissəsini birbaşa Çinin Şandun əyalətində yerləşən neft emalı zavodlarının limanlarına çatdırıb. Daşımalar zamanı şirkət öz tanker donanması ilə yanaşı, Cənubi Koreyanın “Sinokor” şirkəti kimi digər operatorlardan icarəyə götürdüyü gəmilərdən də istifadə edib.

“Shenghong”, “Hongrun” və “Chambroad” şirkətləri məsələ ilə bağlı şərh vermək tələblərinə hələlik cavab verməyiblər. “Mercuria” isə açıqlama verməkdən imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: