İran Hörmüz boğazının açılması üçün möhləti iki günə endirib

A- A A+

İran Hörmüz boğazının açılması ilə bağlı möhlət müddətini 7 gündən 2 günə endirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Kazım Qəribabadi dövlət televiziyasına açıqlamasında bildirib.

Onun sözlərinə görə, Tehran planın həyata keçirilməsi ilə bağlı Qətər və Pakistan vasitəsilə danışıqlar aparır. İran rəsmisi ABŞ-nin irəli sürülən şərtlərə münasibətini qəbuledilməz adlandıraraq, Vaşinqtondan konkret addımlar və öhdəliklərin icrasına təminat tələb edib.

Qəribabadi bildirib ki, İranın yeddi şərti arasında dəniz blokadasının aradan qaldırılması, Hörmüz boğazından gəmilərin təhlükəsiz keçidinin təmin edilməsi, sanksiyaların ləğvi, dondurulmuş aktivlərin qaytarılması və müharibənin başa çatdırılması yer alır.

O, həmçinin İranın şərtləri yerinə yetirilməyənədək Beynəlxalq Atom Enerjisi Agentliyinin ölkədəki nüvə obyektlərinə girişinə icazə verilməyəcəyini bildirib.

Qeyd edək ki, ABŞ və İsrailin fevralın 28-də İrana qarşı başladığı hərbi əməliyyatlardan sonra regionda gərginlik davam edir. Hörmüz boğazı qlobal enerji təchizatının əsas strateji marşrutlarından biridir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: