Fransanın Daxili İşlər Nazirliyi bəyanat verərək ölkədə ictimai-siyasi vəziyyətin nəzarət altında olduğunu bildirsə də reallıq tamamilə başqa mətləblərdən xəbər verir. Ötən bazar günü Fransanın 50 şəhərində minlərlə insan kütləvi aksiyaya çıxıb. Paris, Marsel, Bordo, Lion və digər şəhərlərdə polis ilə qarşıdurma yaranıb və yüzlərlə adam həbs edilib.
NUHÇIXAN xəbər verir ki, artıq 3-cü aydır ki, davam edən kütləvi aksiyaların sonu görünmür.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, Fransa hökuməti aksiyaçıların tələblərini yerinə yetirmək imkanına malik deyil. Tələblərdən biri baş alıb gedən infilyasiyanın müqabilində əmək haqlarının artırılmasıdır. Hökumətin az da olsa məvacibləri artırmaq imkanı yoxdur ki, bununla aksiyaları nisbətən sakitləşdirsin.
Ötən gün keçirilən aksiyalara rəvac verən hadisə Fransa parlamentində aksiyaçılara qarşı silah tətbiq etmək icazəsinin verilməsi haqqında qanun layihəsinin müzakirəsi olub. Hökumətin parlamentə təqdim etdiyi bu qanun əhalidə hökumətə qarşı böyük ikrah hissi oyadıb.
“Unian tudiante” tələbə birliyinin rəhbəri Sabrina Harbaş mətbuat nümayəndələrinə bildirib ki, tələbələrin sadə, təhsil müəssisələrinin dam örtüyünü təmir etmək tələbi dövlət tərəfindən silahla qarşılanır: “Parisdəki bir sıra ali təhsil məktəblərində dam örtükləri ötən əsrin əvvəllərində tikilib. Bu gün isə köhnələn dam örtükləri qar və yağış sularının təzyiqinə davam”.
SAVE assosiasiyasının nümayəndəsi İssam əl-Xalfaui jurnalistlərə bildirib ki, hökumət polisə silahdan istifadə etmək haqqında qanunu qəbul etdirməklə aksiyalarda polisin törətdiyi qanunsuzluqları ört-basdır etmək istəyir.
Oktyabrda baş verən aksiyalardan fərqli olaraq noyabrda keçirilən aksiyalarda polis həddən artıq qəddarlıq nümayiş etdirib ki, bu da təsadüfi xarakter daşımır. Makron hakimiyyətinin əsas məqsədi aksiyaçıların tələblərini yerinə yetirmək deyil, onları qorxu içində saxlamaqdan ibarətdir. Makron ölkəni elə bir vəziyyətə gətirib çıxarıb ki, Fransanın xarici borcu 3 trilyon 595,5 milyard avroya çatıb. Bu da ölkənin ümumi daxili məhsulunun 119 faizini təşkil edir.
Fransa Milli Assambleyasının analitik şöbəsinin hesabatına əsasən, 2027-ci ildə xarici borcun həcmi artaraq 3,8 trilyon avroya çatacaq. İnflyasiyanın həcmi isə 3,4 faizə yüksəlib ki, bu da Avropa üzrə ən yüksək göstəricidir. Belə bir iqtisadi vəziyyətdə Fransa nəinki əməkhaqlarını artırmaq, ali məktəblərin dam örtüklərini də təmir etmək imkanında deyil.
Aksiyaların davamlı olmasının səbəbi isə hökumətin vəziyyəti az da olsa düzəltmək üçün heç bir plan təqdim etməməsidir. Hökumət xalqın və ölkənin problemlərini taleyin ümidinə buraxıb.
Beynəlxalq imicini artırmaq məqsədilə dünyanın üçüncü ölkələrində rəngli inqilablara maliyyə vəsaiti ayıran Makron hökuməti bələdiyyə səviyyəsində olan dam örtüyü təmirini də həyata keçirə bilmir. Fransa mətbuatı yazır ki, ölkənin yeni tarixində Makron ən bərbad prezident olub. Onun siyasəti Fransanı uçurumun kənarına gətirib çıxarıb. Artıq əhali Avropada çox təriflənın Fransa modelinin dəyişməsini tələb edir.
Görünən odur ki, Makron hakimiyyəti bu günə kimi ölkə iqtisadiyyatı üçün heç bir islahat keçirməyib. Keçirilən islahatların da nəticəsi göz qabağındadır. Bütün bunlar Fransada kütləvi aksiyaların, xaos və anarxiyanın uzun müddət davam edəcəyini deməyə əsas verir.
Nəzərə çatdıraq ki noyabrın 17-də Fransa həmkarlar ittifaqları daha əzəmətli kütləvi aksiyalar keçirməyi planlaşdırıb. Bu aksiyalar bütün ölkəni əhatə edəcək və iqtisadi tələblər ilə yanaşı siyasi tələblər də irəli sürüləcək. Fransa hökuməti də noyabrın 17-nə kimi parlamentdə polisə silah tətbiq etmək haqqında qanunu qəbul etdirməyə çalışır. Aksiyalarda prezident Makronun istefası da tələb olunacaq.
