İordaniyada “Telegram” tətbiqinin fəaliyyəti bloklanıb

A- A A+

İordaniya İctimai Təhlükəsizlik İdarəsi ölkədə “Telegram” tətbiqinə girişin bloklandığını elan edib.

NUHÇIXAN  “Petra” xəbər agentliyinə istinadla bildirir ki, qərar rəqəmsal təhlükəsizliyin gücləndirilməsi, istifadəçilərin qorunması və rəqəmsal platformalardan qanunsuz məqsədlərlə istifadənin qarşısının alınması ilə əlaqədardır.

Qurumun bəyanatında bildirilib ki, bu tədbir kibercinayətkarlıq, hədə-qorxu, şantaj, qanunsuz məzmunun yayılması, eləcə də ekstremizm və radikalizmlə mübarizəyə xidmət edir.

Vətəndaşlara sosial şəbəkələrdən istifadə zamanı diqqətli olmaq, naməlum hesab və keçidlərə etibar etməmək, şübhəli hallarla bağlı rəsmi qurumlara məlumat vermək tövsiyə olunub.

İdarə, həmçinin valideynləri uşaqların rəqəmsal platformalardan istifadəsinə nəzarət etməyə və valideyn nəzarəti vasitələrindən yararlanmağa çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: