Sibiqa: Ukrayna və Aİ-nin sülh prosesi ilə bağlı mövqeyi razılaşdırılıb

A- A A+

Ukrayna və onun avropalı tərəfdaşları vahid razılaşdırılmış mövqedən çıxış edir və buna əsasən, Avropa ilə bağlı qərarlar Avropa ölkələrinin iştirakı ilə, Ukrayna ilə bağlı qərarlar isə Kiyevin mövqeyi nəzərə alınmaqla qəbul edilməlidir.

NUHÇIXAN  xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa Aİ-nin Xarici İşlər Şurasının iclasında iştirakının yekunlarına əsasən bildirib.

Onun sözlərinə görə, doqquz aylıq fasilədən sonra üçtərəfli danışıqlar bərpa olunub və Ukrayna gərginliyin aradan qaldırılması üçün konkret addımlar təklif edib.

Sibiqa Avropanın sülh prosesində yeni rol oynayacağını qeyd edərək, danışıqların növbəti raundlarında Avropa nümayəndələrinin iştirak edəcəyinə ümidvar olduğunu bildirib.

Ukrayna XİN başçısı həmçinin bildirib ki, avropalı tərəfdaşlara ünvanlanan ən təcili müraciətlərdən biri "Patriot" sistemləri üçün raketlərin tədarükünə dair ayrıca qış proqramı olub.

"Tərəfdaşlarımızın anbarlarındakı hər bir raketin dəyəri dollarla deyil, insan həyatı ilə ölçülür", - o vurğulayıb.

Bundan başqa, Sibiqa bəyan edib ki, yeni təhlükəsizlik arxitekturası yaratmaq əvəzinə, Avropaya özünün raketdən müdafiə imkanlarını, peyk və rabitə sistemlərini nəzərdə tutan strateji muxtariyyət lazımdır. Onun sözlərinə görə, Ukrayna bu istiqamətlərin inkişafı üzərində işləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: