Tramp Si Cinpin və Putinlə görüşdə Ukraynadakı müharibəni müzakirə edəcəyini bildirib

A- A A+

ABŞ Prezidenti Donald Tramp Çin lideri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə keçiriləcək üçtərəfli görüşdə Ukraynadakı müharibəni müzakirə etməyi planlaşdırdığını açıqlayıb.

NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə bazar ertəsi Asiya səfərinə yola düşməzdən əvvəl Ağ Evdə jurnalistlərə bildirib.

“Biz mənim sevimli mövzum olan Ukrayna haqqında danışacağıq. Ukrayna uduzur. Rusiya isə ay ərzində 25 min əsgər itirir. Buna görə də bu məsələni müzakirə edəcəyik”, – deyə Tramp qeyd edib.

Ötən cümə günü Tramp administrasiyasının rəsmiləri üçtərəfli görüşdə əsas diqqətin nüvə tərksilahı və İranla bağlı məsələlərə yönələcəyini, Ukraynadakı müharibənin isə müzakirə olunmayacağını açıqlamışdılar.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: