ABŞ Prezidenti Donald Tramp bu həftə Asiyaya səfəri çərçivəsində Şimali Koreya lideri Kim Çen Inla görüşə biləcəyini bildirib.
NUHÇIXAN xəbər verir ki, Tramp bu barədə jurnalistlərə açıqlamasında danışıb.
“Prezident Si Cinpinlə görüşəcəyik. Prezident Putinlə də görüşümüz olacaq. Kim Çen Inla da görüşə bilərik. Bu, yaxşı olardı. Çox şeyə nail olmaq imkanımız var”, – deyə Tramp bildirib.
ABŞ Prezidenti Kim Çen Inla mümkün görüşün Çində baş tuta biləcəyini, lakin bunun Si Cinpindən asılı olduğunu qeyd edib. “Onun gəlib-gəlməyəcəyini bilmirəm. Gələ bilər. Bu, Prezident Si Cinpindən asılıdır”, – deyə Tramp əlavə edib.
Qeyd edək ki, Tramp prezidentliyinin ilk dövründə Kim Çen Inla üç dəfə görüşüb.
