ABŞ süni intellekt çiplərinə və serverlərinə uzaqdan girişi məhdudlaşdırıb

A- A A+

ABŞ hakimiyyəti süni intellekt sistemlərinin işləməsi üçün istifadə olunan çiplərə və serverlərə uzaqdan girişi məhdudlaşdıran yeni qaydalar tətbiq edib.

NUHÇIXAN  xəbər verir ki, bu barədə ABŞ Ticarət Nazirliyinin Sənaye və Təhlükəsizlik Bürosunun yaydığı məlumatda bildirilib.

Yeni qaydalar üçüncü ölkələrdə yerləşən məlumat mərkəzləri vasitəsilə ABŞ-nin həssas texnologiyalarına tətbiq olunan ixrac məhdudiyyətlərinin yan keçilməsinin qarşısını almağı nəzərdə tutur.

“The Washington Post” qəzetinin yazdığına görə, bu addım, xüsusilə, Çinin süni intellekt modellərinin hazırlanmasında Amerika çiplərindən istifadə imkanlarını məhdudlaşdırmağa yönəlib.

Bundan əvvəl “The Wall Street Journal” Tramp administrasiyasının ABŞ-nin süni intellekt sənayesini dəstəkləmək məqsədilə 20-dən çox şirkəti əhatə edəcək “milli çempionlar” proqramını elan etməyə hazırlaşdığını bildirmişdi.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: