Monqolustan Prezidenti Uxnaaqiyn Xurelsux istefa verdiyini açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, dövlət başçısı bu barədə keçirdiyi mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, son bir ay ərzində ona qarşı əsassız ittihamlar irəli sürülüb və nüfuzuna xələl gətirilib.
Qeyd edib ki, Demokrat Partiyasının bir qrup üzvü prezidentin istefa verməli və barəsində araşdırma aparılmalı olduğu mövqeyini ifadə edib. Dövlət başçısı bu mövqe ilə razılaşdığını bildirib.
Xurelsux ona qarşı ittihamlarla bağlı həqiqətin üzə çıxacağına və nüfuzunun bərpa olunacağına əminliyini ifadə edib.
