Beş Avropa ölkəsi qanunsuz miqrantları Ruandaya göndərməyi planlaşdırır

A- A A+

Avropa İttifaqının beş ölkəsi – Danimarka, Yunanıstan, Avstriya, Niderland və Almaniya Avropadan deportasiya edilən miqrantların qəbul edilməsi üçün Ruandada mərkəzin yaradılması planını hazırlamaq niyyətindədir.

NUHÇIXAN  Qətər xəbər agentliyinə istinadla bildirir ki, Danimarkanın Baş naziri Mette Frederiksen bazar ertəsi keçirilən mətbuat konfransında bildirib ki, bu layihə qanunsuz miqrantlara aydın mesaj verəcək: “Artıq qanunsuz yollarla Avropa İttifaqına daxil olmaq və burada məskunlaşmaq barədə düşünmək mümkün deyil”.

Avstriya federal kansleri Kristian Ştoker isə bildirib ki, məqsəd 2027-ci ilədək Şərqi Afrikada yerləşən bu ölkədə “ilk qayıdış mərkəzi”ni açmaqdır. O, təşəbbüsü “tarixi” adlandırıb.

Ruandanın daxili işlər naziri Vinsent Biruta isə Avropadan deportasiya edilən miqrantlara bu mərkəzin “ikinci şans” verəcəyini vəd edib.

Xatırladaq ki, Böyük Britaniya 2022-ci ildə Ruandada sığınacaq axtaran şəxslər üçün mərkəz açmaq niyyətində olduğunu bəyan etmişdi. Lakin keçmiş Baş nazir Kir Starmerin rəhbərlik etdiyi hökumət hüquqi maneələr səbəbindən sonradan bu plandan imtina edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: