İrlandiyalı boksçu 3 aylıq komadan sonra vəfat edib

A- A A+

İrlandiyalı boksçu Li Rivz Dublində keçirdiyi döyüş zamanı aldığı ağır xəsarətlərdən üç ay sonra 31 yaşında dünyasını dəyişib.

NUHÇIXAN  “BBC Sport”a istinadən xəbər verir ki, bu barədə onun promouteri “Queensberry” məlumat yayıb.

Rivz avqustun 1-də Dublindəki “3Arena”da boş qalan BUI Celtic versiyası üzrə birinci yarımorta çəki dərəcəsində çempionluq kəməri uğrunda Qeri Kelli ilə qarşılaşıb. Döyüşün 10-cu raundunda nokauta düşən boksçu rinqdən xərəkdə çıxarılaraq xəstəxanaya yerləşdirilib.

Həkimlər onun vəziyyətini kritik, lakin stabil olaraq qiymətləndiriblər. Rivz əməliyyat olunub və həmin vaxtdan süni koma vəziyyətində saxlanılıb.

Qeyd edək ki, “El Çampo” ləqəbi ilə tanınan Rivz 2018-ci ildə peşəkar karyerasına başlayıb. O, keçirdiyi 18 döyüşün 16-da qələbə qazanıb. Karyerasının ilk illərində əsasən Kanada və Kolumbiyada rinqə çıxan idmançı sonradan Böyük Britaniya və İrlandiyada da uğurlu çıxışları ilə tanınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: