Sofi Bine: Emmanuel Makronun onillik hakimiyyəti fəlakətli dövr olub

A- A A+

Emmanuel Makron hər il üzr istəyir və heç vaxt hadisələrdən dərs çıxarmır.

NUHÇIXAN  BFMTV-yə istinadla xəbər verir ki, bu sözləri RMC telekanalının efirində CGT həmkarlar ittifaqının baş katibi Sofi Bine deyib.

Bir aydan çox davam edən etirazlardan sonra Fransa Prezidenti Emmanuel Makron dünən “X” platformasında Yelisey sarayına gəlişindən bəri “bəzən səhvlər etdiyini” etiraf edib. “Bu, onun etirafla çıxış etdiyi ilk hal deyil. Makron hər il üzr istəyir və heç vaxt hadisələrdən dərs çıxarmır”, -deyə baş katib vurğulayıb.

“Emmanuel Makronun hakimiyyətinin bu on ili onun siyasəti səbəbindən fəlakətli olub. Bu iqtisadi siyasət dövlət xəzinəsini boşaldıb. (...) O, ən varlıların maraqlarına xidmət edən iqtisadi siyasətini dəyişdirməkdən inadla imtina edir”, -deyə Sofi Binet qəzəblə qeyd edib.

CGT-nin baş katibi bildirib: “Cəmiyyətdə görünməmiş qəzəb var və bunun yeganə cavabı minimum əməkhaqqını ayda 5 avro artırmaqdır. Bu, məntiqsizdir”.

Bu gün həmkarlar ittifaqları qrupu dövlət qulluqçularından başlayaraq əməkhaqqının artırılmasını tələb edir və hökumətin büdcə təklifində yer alan “dəhşəti” pisləyir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: