Cənubi Koreya bu il tarixdə ilk dəfə 1 trilyon ABŞ dolları həcmində ixrac göstəricisinə yaxınlaşır.
NUHÇIXAN Koreya mediasına istinadla xəbər verir ki, noyabrın 10-na olan məlumata görə, süni intellekt sahəsindəki böyük yüksəliş fonunda yarımkeçirici ixracının çoxalması sayəsində ölkənin ümumi ixracı 960 milyard dolları ötüb. İxrac həcminin qarşıdakı günlərdə 1 trilyon dollar həddini keçəcəyi gözlənilir. Cənubi Koreya dünyada ABŞ, Çin və Almaniyadan sonra bu göstəriciyə çatan 4-cü ölkə olacaq.
Qeyd edək ki, Asiyanın dördüncü ən böyük iqtisadiyyatına malik olan Cənubi Koreyanın 1995-ci ildə 100 milyard dollarlıq ixrac həddinə çatdıqdan sonra, illik ixracda 1 trilyon dollar səviyyəsinə yüksəlməsi 21 il vaxt aparıb. Ölkənin ixracı 2015-ci ildə 500 milyard dollar, 2025-ci ildə isə 700 milyard dollar həddini keçib. Cənubi Koreya dünyanın aparıcı texnologiya və sənaye məhsulları ixracatçılarından biridir. Ölkənin ixracında əsas yeri yarımkeçiricilər, avtomobillər, elektronika və gəmiqayırma məhsulları tutur. Ötən il ixracın əsas hissəsi Çin, ABŞ və Vyetnama yönəlib.
