İtaliya A Seriyasında hakimlər korpusunun rəhbəri vəzifəsinə Daniele Orsatonun təyin olunmasından sonra qeydə alınan qayda pozuntularının sayı nəzərəçarpacaq dərəcədə azalıb.
NUHÇIXAN “TuttoMercato” nəşrinə istinadla xəbər verir ki, cari mövsümün 11 turundan sonra oyun başına orta hesabla qeydə alınan qayda pozuntularının sayı ötən çempionatla müqayisədə 13 faiz azalıb.
Bundan başqa, hakimlər penalti qərarlarını da daha az verirlər. Geridə qalan 110 qarşılaşmada 11 metrlik cərimə zərbəsi nöqtəsi 24 dəfə göstərilib. Bu da hər oyuna orta hesabla 0,22 penalti deməkdir. Ötən mövsüm isə həmin göstərici 0,28 olub.
Eyni zamanda, oyunların xalis vaxtı da artıb. Hazırda bu göstərici 60 dəqiqəyə yaxınlaşır ki, bu da 2025/2026-cı illər mövsümünün eyni mərhələsi ilə müqayisədə təxminən 6 dəqiqə çoxdur. Buna həm vaxt uzatmalarına qarşı tətbiq edilən yeni qaydalar, həm də hakimlərin oyunu daha az dayandırmağa çalışması təsir göstərib.
Qeyd edək ki, 2026-cı ilin yayında hakimlər korpusunun rəhbəri vəzifəsinə təyin olunan Orsato bu postda Canluka Rokkinin əvəzləyib. O, hakimlərdən futbolçular arasındakı əhəmiyyətsiz təmasları qayda pozuntusu kimi qiymətləndirməməyi və qərar qəbul edərkən daha müstəqil olmağı tələb edir.
