Britaniyada sığınacaq müraciəti rədd edilən şəxslər öncədən xəbərdarlıq edilmədən deportasiya olunacaqlar

A- A A+

Böyük Britaniya hökuməti sığınacaq müraciəti rədd edilən şəxslərin ölkədən çıxarılması prosedurunu sərtləşdirməyə hazırlaşır.

NUHÇIXAN  BBC-yə istinadla xəbər verir ki, yeni qaydalara əsasən, həmin şəxslər əvvəlcədən xəbərdarlıq edilmədən deportasiya olunacaqlar.

Hazırda qüvvədə olan qaydalara əsasən, sığınacaq müraciəti rədd edilmiş şəxslərə ölkədən çıxarılmaları barədə ən azı beş iş günü əvvəl bildiriş göndərilir. Lakin hökumət hesab edir ki, bu müddət ərzində verilən son dəqiqə apellyasiya şikayətləri deportasiya prosesinin ləngiməsinə səbəb olur.

Yeni dəyişikliklərə əsasən, sığınacaq müraciəti rədd edilən və bütün apellyasiya imkanlarından istifadə etmiş şəxslər əvvəlcədən xəbərdarlıq edilmədən ölkədən çıxarıla biləcəklər. Böyük Britaniyanın Daxili İşlər Nazirliyi yekun qərardan sonra altı ay ərzində həmin şəxsləri istənilən vaxt deportasiya etmək səlahiyyətinə malik olacaq.

Daxili işlər naziri Şabana Mahmudun hazırda parlamentdə müzakirə olunan immiqrasiya və sığınacaq haqqında qanun layihəsinə müvafiq dəyişikliklər təqdim edəcəyi gözlənilir. Nazirlik oxşar siyasətin tətbiq olunduğu Danimarkanın təcrübəsinə istinad edib. Bildirilib ki, bu ölkədə müvafiq tədbirlər həyata keçirildikdən sonra beş il ərzində deportasiya gözləyən miqrantların sayı iki dəfədən çox azalaraq 1000 nəfərdən aşağı düşüb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: