Avrokomissiya Çexiyanı yüksək miqrasiya riski zonası kimi qiymətləndirib

A- A A+

Avropa Komissiyası Çexiyanı yüksək miqrasiya təzyiqi altında olan ölkələr kateqoriyasına daxil edib.

NUHÇIXAN xəbər verir ki, ölkədə hazırda müvəqqəti müdafiə statusu ilə təxminən 400 min ukraynalı yaşayır, bu isə rəsmi Praqaya Aİ-nin həmrəylik fonduna ödənişlərin tam və ya qismən azaldılmasını tələb etmək hüququ verir.

Daxili işlər naziri Lubomir Metnar 2027-ci il üçün bu ödənişlərdən tam azad olunmağı tələb etməyi planlaşdırır. Praqa 2026-cı ildə də həmin ödənişdən azad edilmişdi.

Çexiya Radiosunun analitiki Viktor Danek hesab edir ki, qərar dekabrda Brüsseldə Aİ ölkələrinin daxili işlər nazirlərinin görüşündə qəbul ediləcək və ssenari təkrarlanacaq. Onun sözlərinə görə, Ukraynada vəziyyət pisləşərsə, Çexiya digər ölkələrdən köçkünlərin yerləşdirilməsi və ya maliyyə yardımı şəklində dəstək tələb edə bilər.

Analitikin qeydinə əsasən, Miqrasiya Paktında məcburi kvotalar yoxdur, “Frontex”ə əsasən bu ilin ilk 9 ayında qanunsuz sərhəd keçidləri üçdə bir azalıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: