Aİ Komissiyası inflyasiya və yüksək enerji qiymətləri fonunda iqtisadi artım proqnozunu artırıb

A- A A+

Avropa İttifaqı Komissiyasının “Avropa iqtisadi proqnozu – 2026, payız” hesabatı dərc edilib.

NUHÇIXAN  xəbər verir ki, hesabata görə, Yaxın Şərqdəki münaqişələr, yüksək inflyasiya və sərt maliyyələşdirmə şərtləri səbəbindən yaranan enerji şokuna baxmayaraq, Aİ iqtisadiyyatı ilin ilk üç rübündə gözləniləndən daha yaxşı nəticə göstərib.

Hesabatda qeyd olunur ki, enerji qiymətlərinin artması ev təsərrüfatlarının alıcılıq qabiliyyətini azaldıb və şirkətlər üçün istehsal xərclərini artırıb, yüksək faiz dərəcələri isə istehlak və investisiyalara təzyiq göstərir.

Həmçinin istehlak və mal ixracının bərpasının Avropa iqtisadi artımının davam etdirilməsində təsirli olduğu, lakin yüksək inflyasiyanın iqtisadi perspektiv üçün əsas risklərdən biri olaraq qaldığı göstərilir.

Hesabatda süni intellekt və elektrikləşdirmə infrastrukturuna qlobal investisiyaların Avropa ixracını dəstəklədiyi, yüksək faiz dərəcələrinin isə mənzil tikintisinə və investisiyalara mənfi təsir göstərdiyi qeyd olunur.

Eyn zamanda, hesabatda Aİ iqtisadiyyatının 2026-cı ildə 1,4 faiz, 2027-ci ildə 1,4 faiz və 2028-ci ildə 1,5 faiz artacağı proqnozlaşdırılır, avrozonanın iqtisadiyyatının isə bu il 1,2 faiz, gələn il 1,2faiz və 2028-ci ildə 1,3 faiz artacağı təxmin edilir.

Aİ Komissiyası yazda dərc olunmuş hesabatında Aİ iqtisadiyyatında 2026-cı ildə 1,1 faiz, 2027-ci ildə 1,4 faiz, avrozonada isə 2026-cı ildə 0,9 faiz və 2027-ci ildə 1,2 faiz artım proqnozlaşdırmışdı.

Beləliklə, Aİ və avrozonanın 2026-cı il üçün artım proqnozları hər biri 0,3 faiz bəndi yuxarı doğru yenidən nəzərdən keçirilib, 2027-ci il üçün təxminlər isə dəyişməz qalıb.

Bu il Almaniyanın 1,3 faiz, Fransanın 0,4 faiz, İtaliyanın 1 faiz və İspaniyanın 2,6 faiz böyüməsini gözlənilən hesabatda, gələn il Almaniyanın 1 faiz, Fransanın 0,6 faiz, İtaliyanın 0,7 faiz və İspaniyanın 2,1 faiz böyüməsi də proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: