Rusiya yanacaq təminatının sabitliyi üçün neft emalı zavodlarında təmiri sürətləndirir

A- A A+

Rusiya Baş nazirinin müavini Aleksandr Novak ölkənin daxili bazarında yanacaq təminatının sabitliyini qorumaq məqsədilə neft emalı zavodlarında təmir işlərinin sürətləndirilməsini və neft məhsullarının idxalının davam etdirilməsini tapşırıb.

NUHÇIXAN  xəbər verir ki, Rusiya hökumətinin yaydığı yazılı açıqlamaya görə, Aleksandr Novak müvafiq nazirliklərin, dövlət qurumlarının və neft şirkətlərinin nümayəndələri ilə yanacaq bazarındakı vəziyyəti müzakirə edib.

Qeyd olunub ki, Novakın prioritetləri sırasında neft emalı zavodlarının istehsal güclərinin mümkün qədər qısa müddətdə bərpa edilərək yenidən istismara verilməsi, eləcə də “Avro-5” ekoloji standartına cavab verməyən yanacağın əlavə həcmlərdə bazara çıxarılması yer alıb.

Baş nazirin müavini neft məhsullarının idxalı ilə bağlı işlərin davam etdirilməsini istəyib. O, aidiyyəti qurumlara və şirkətlərə daxili tələbatın ödənilməsi üçün maksimum səy göstərməyi tapşırıb.

İclasda, həmçinin iri neft şirkətlərinin yanacaq təchizatının sabitliyini təmin etmək məqsədilə gördüyü əlavə tədbirlər, şirkətlərə məxsus yanacaqdoldurma məntəqələrinə və müstəqil operatorlara yanacaq tədarükü, eləcə də kənd təsərrüfatı istehsalçılarının yanacağa olan tələbatı müzakirə olunub.

Qeyd edək ki, Ukraynanın Rusiyadakı neft emalı zavodlarına pilotsuz uçuş aparatları ilə hücumları nəticəsində ölkədə bir sıra müəssisələrin istehsal fəaliyyəti pozulub. Bu proseslər fonunda Rusiya hökuməti daxili bazarda yanacaq təchizatı ilə bağlı problemləri azaltmaq məqsədilə yanacaq ixracına məhdudiyyətlər tətbiq edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: