İraqın neft naziri Basim Məhəmməd Hudeyyir İraq-Türkiyə arasında köhnə boru kəməri vasitəsilə xam neft nəqlinin bərpa olunduğunu açıqlayıb.
NUHÇIXAN xəbər verir ki, İraqın rəsmi INA xəbər agentliyinin məlumatına görə, nazir ilkin mərhələdə sözügedən boru kəməri vasitəsilə Türkiyəyə gündəlik 120 min barel xam neftin ixrac ediləcəyini bildirib.
O qeyd edib ki, ixrac gücünün mərhələli şəkildə artırılması nəzərdə tutulur. Gələcəkdə boru kəməri vasitəsilə gündəlik neft nəqlinin həcminin 500 min barelə çatdırılması hədəflənir.
