Ukrayna Müdafiə Qüvvələri “Qazprom”un neft emalı zavodunu vurub

A- A A+

Ukrayna Müdafiə Qüvvələri noyabrın 17-nə keçən gecə Rusiya ilə sərhəddən 1,5 min kilometr məsafədə, Başqırdıstanda yerləşən “Qazprom neftkimya Salavat” zavodunu vurub.

NUHÇIXAN  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Hərbçilərin bildirdiyinə görə, obyektə zərbə endirildikdən sonra müəssisənin ərazisində partlayışlar qeydə alınıb və yanğın başlayıb.

Baş Qərargahdan bildirilib ki, “Qazprom neftkimya Salavat” Rusiyanın ən böyük neft emalı və neft-kimya komplekslərindən biridir. Müəssisə ildə təxminən 10 milyon ton neft emal etmək gücünə malikdir. Burada Rusiya iqtisadiyyatının və hərbi sektorunun təminatı üçün istifadə olunan benzin, dizel yanacağı, aviasiya yanacağı, sürtkü materialları və digər məhsullar istehsal edilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: