Rusiyanın “Timeweb” hostinq provayderində genişmiqyaslı nasazlıq baş verib

A- A A+

Rusiyanın ən böyük hostinq provayderlərindən biri olan “Timeweb”in fəaliyyətində genişmiqyaslı nasazlıq yaranıb. Şirkətin müştəriləri veb-saytların, virtual serverlərin və bulud xidmətlərinin işində problemlərlə üzləşiblər.

NUHÇIXAN  xəbər verir ki, “Timeweb” yaranmış nasazlığın şəbəkə avadanlıqlarındakı problemlərlə əlaqədar olduğunu bildirib. Fasilələr Moskva və Sankt-Peterburqdakı, eləcə də Qazaxıstan, Almaniya və Niderlanddakı server platformalarını əhatə edib. “Şəbəkə problemi aradan qaldırılıb, xidmətlərin əksəriyyəti fəaliyyətini bərpa edib. Mühəndislər qalan xidmətlərin işini bərpa etməyə davam edirlər”, – deyə “Timeweb”in məlumatında bildirilir.

Noyabr ayında Rusiyanın digər provayderləri də xidmətlərində fasilələrin yarandığını bildiriblər. Noyabrın 2-də baş verən kiberhücumdan sonra “Beget” bulud infrastrukturuna aid məlumatların bir hissəsini itirib, şirkətin .ru və .рф domenlərinin qeydiyyatçısı kimi akkreditasiyası isə müvəqqəti dayandırılıb. Noyabrın 15-də provayder yeni DDoS hücumuna məruz qalıb. Şirkətin məlumatına görə, hücumun gücü saniyədə 2,1 terabitə çatıb.

Noyabrın 8-də baş verən kiberhücum “ESTT” provayderinin bulud xidmətlərinin və virtual serverlərinin işini pozub. Şirkət noyabrın 13-də bütün xidmətlərin fəaliyyətinin bərpa olunduğunu bildirib və aparılan yoxlamanın məlumat sızması hallarını aşkar etmədiyini açıqlayıb. “SpaceWeb” provayderi isə noyabrın 11-də bəzi serverlərə düşən yükün artması fonunda xidmətlərdə fasilələrin yarandığını bildirib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: