Rusiyanın Kemerovo vilayətində, Yaqonovo kəndi yaxınlığında An-12 təyyarəsi qəzaya uğrayıb.
NUHÇIXAN xəbər verir ki, aviasiya hadisəsi barədə vilayətin qubernatoru İlya Seredyuk məlumat verib.
“Hadisə yerində operativ xidmətlər fəaliyyət göstərir. Hadisənin başvermə səbəbləri səlahiyyətli qurumlar tərəfindən müəyyənləşdirilir”, – deyə o, Telegram kanalında yazıb.
Medianın ilkin məlumatlarına görə, təyyarənin bütün heyət üzvləri həlak olub. Göyərtədə 13 nəfərin olduğu ehtimal edilir.
