İranın xarici işlər naziri Abbas Əraqçi Tehranın Vaşinqtonda (Kolumbiya Dairəsi-red.) kimyəvi silahlardan istifadə etməyi planlaşdırması və bəndlərin altında raket bazaları inşa etməsi ilə bağlı mediada yayılan məlumatları təkzib edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə A. Əraqçi "X" sosial şəbəkəsindəki hesabında yazıb.
Nazir bildirib ki, son 72 saat ərzində İsrailə yaxın media orqanlarında bu iddialarla bağlı xəbərlər dərc olunub.
Əraqçi yayılan məlumatları "cəfəngiyyat" adlandıraraq, onları İraq müharibəsi dövründəki təbliğat kampaniyalarına bənzədib.
O, iddiaların arxasında İsrailin olduğunu irəli sürüb və bu cür məlumatların ictimaiyyət tərəfindən qəbul edilməyəcəyini vurğulayıb.
