“Nvidia” Çinə süni intellekli çiplərin satışını dayandırır

A- A A+

“Nvidia” şirkəti ötən il ABŞ hökumətindən aldığı razılığa baxmayaraq artıq Çinə “Hopper” arxitekturası olan (H200 qrafik prosessorları) məlumat mərkəzi çiplərinin tədarükünü həyata keçirmir.

NUHÇIXAN  “Bloomberg”ə istinadən xəbər verir ki, dünyanın aparıcı süni intellektli çiplərin istehsalçısı üçüncü rübdə Çinə lisenziya əsasında satışına icazə verilmiş “Hopper” seriyalı məlumat mərkəzi məhsullarının 2,4 milyard dollar dəyərində tədarükünü həyata keçirib.

Bunu “Nvidia”nın müvəqqəti baş icraçı direktoru Kolet Kress bildirib. Bununla belə, o qeyd edib ki, şirkətin gələcək dövr üzrə maliyyə proqnozlarına lisenziya əsasında satışına icazə verilmiş “Hopper” məhsulları daxil edilməyib və “Nvidia” artıq bu məhsulların Çinə tədarükünü həyata keçirmir.

Kress tədarükün dayandırılmasının səbəblərini açıqlamayıb. Bununla belə, bu qərar uzun illər çinli müştərilərlə daha geniş biznes əlaqələri qurmaq hüququ uğrunda mübarizə aparan şirkətin mövqeyində əhəmiyyətli dəyişiklikdir.

Ötən həftə bir neçə nikahdankənar münasibəti barədə məlumatların yayılmasından sonra “Nvidia” şirkətinin baş icraçı direktor vəzifəsindən kənarlaşdırılan Censen Huang Çinə çip ixracının ən fəal tərəfdarlarından biri olub.

Huang hazırda ABŞ hökuməti tərəfindən Çinin kəşfiyyat orqanına mümkün yardım göstərməkdə və çiplərin Çinə qaçaqmalçılıq yolu ilə daşınmasına şərait yaratmaqda şübhəli bilinən bir qadınla münasibətini açıqladıqdan sonra vəzifəsini tərk edib. Rəsmi Pekin isə Huangın izlənilməsinə cəhd göstərilməsi ilə bağlı iddiaları təkzib edib.

Bazar ertəsi Tramp administrasiyası bir neçə ölkəyə prosessor ixracına nəzarəti daha da sərtləşdirmək istiqamətində addımlar atıb. Belə ki, satın alınan çiplərdən və serverlərdən məlumat mərkəzləri vasitəsilə Çin şirkətlərinə uzaqdan istifadə imkanı verilməsi planlaşdırıldığı təqdirdə, həmin məhsulların xaricə satışının məhdudlaşdırılması nəzərdə tutulur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: