BƏƏ gəmisi Hörmüz boğazında hücuma məruz qalıb, 1 nəfər itkin düşüb, 11 nəfər xəsarət alıb

A- A A+

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “ADNOC Logistics & Services” şirkətinə məxsus gəmilərdən biri dünən axşam saatlarında Hörmüz boğazından keçərkən hücuma məruz qalıb.

NUHÇIXAN  BƏƏ-nin rəsmi xəbər agentliyinə istinadla bildirir ki, hadisə nəticəsində gəminin heyət üzvlərindən biri itkin düşüb. Hazırda aidiyyəti qurumlarla əlaqələndirilmiş şəkildə axtarış-xilasetmə əməliyyatı davam etdirilir.

Heyətin digər üzvlərinin hamısı təhlükəsiz şəkildə gəmidən təxliyə olunub. Hadisə nəticəsində 11 nəfər xəsarət alıb. Tibbi yardıma ehtiyacı olan heyət üzvlərinə zəruri xidmət göstərilir.

“ADNOC” dənizçilərin təhlükəsizliyinin qorunmasının, sərbəst gəmiçiliyin və dəniz təhlükəsizliyinin təmin edilməsinin vacibliyini bir daha vurğulayıb.

Bildirilib ki, əlavə məlumatlar əldə olunduqca hadisə ilə bağlı ictimaiyyətə məlumat veriləcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: