Fransa iqtisadiyyatı 2014-cü ildən başlayaraq böhrana doğru irəliləməkdədir. Lakin Fransa hökuməti bunu müşahidə etsə də real addımlar atmayıb.
NUHÇIXAN xəbər verir ki, Fransa iqtisadiyyatının bu il 0,2 faiz kiçilməsinə baxmayaraq bu tenedensiya gələn il də davam edəcək və 0,1 faiz azalma proqnozlaşdırılır.
Beynəlxalq Valyuta Fondunun Avropa departamentinin direktoru Mateuş Şurek bildirib ki, enerjinin bahalaşması təkcə Fransada deyil bütün Avropa ölkələrində baş verib. Lakin onlar alternativ variantlardan istifadə edərək qiymətlərin daha çox artmasına imkan vermirlər. Fransada isə heç bir tədbir görülmədi. Bu ölkədə adambaşına düşən gəlirin həcmi Avropa dövlətləri arasında ən aşağı səviyyədədir.
Yayın quraqlıq keçməsi və neftin qiymətinin bahalaşması ilə yanaşı Fransada siyasi qarşıdurma da meydana gəlib. Siyasi partiyalar arasında razılığın olmamasının nəticəsidir ki, hələ də Fransada gələn ilin büdcəsi qəbul edilməyib.
Bundan başqa, enerji böhranı başlayanda digər Avropa dövlətləri uçot dərəcəsini yüksəltdilər ki, büdcə gəlirləri azalmasın. Lakin Fransada bunu da etmədilər. “Credit Agricole” bankının baş iqtisadçısı Marianna Piker bildirib ki, Almaniyada sosial proqramlar hazırlandı, iqtisadi dirçəliş üçün yol xəritəsi hazırlandı. Lakin Makronun rəhbərlik etdiyi Fransa dövləti bunların heç birini həyata keçirmədi, baş verənlərə biganə qaldılar və bu biganəliyin nəticəsi göz qabağındadır.
Real problemlərlə deyil, hökumətin cari bürokratik işlərlə məşğul olması ölkə iqtisadiyyatının daha dərin böhranla üz-üzə qalmasına səbəb olub. Bir sıra mütəxəssislər bildiriblər ki, böhrandan çıxış üçün Fransanın islahatlar paketinin olmaması onun defolt olması ilə nəticələnə bilər. Hazırda Fransada xaos və anarxiya ilə müşahidə olunan kütləvi aksiyaların davamlı olmasının səbəbi Fransa hökumətinin tədbirlər planının olmamasıdır. Hökumət aksiyaları yatırmaq üçün insanlara plan təqdim etmək əvəzinə zorakılıq tətbiq edir.
