Aksiyalardan yorulan Fransa polisi mövcud vəziyyətə etiraz edir

A- A A+

Fransanın “Un1té” polis həmkarlar ittifaqı hüquq-mühafizə orqanlarının əməkdaşlarının bir neçə həftədir davam edən etiraz aksiyaları və oktyabrın 17-də baş vermiş zorakılıq hadisələri fonunda ciddi yorğunluq və narazılıq yaşadığını bildirib.

NUHÇIXAN  xəbər verir ki, həmkarlar ittifaqı polis əməkdaşları arasında ciddi yorulub tükənmə və qəzəb dalğası olduğunu bəyan edib.

“Un1té”nin milli katibi Linda Kebbab BFMTV-yə açıqlamasında bildirib ki, yüzlərlə yorğun CRS (Respublika Təhlükəsizlik Korpusu) polisi səhər xidmətə çıxa bilməyib və həkimə müraciət etməyə məcbur olub.

Onun sözlərinə görə, inzibati, texniki və xüsusi xidmət sahələrində çalışan, tətil hüququna malik əməkdaşlar da mövcud vəziyyətə etiraz ediblər.

Həmkarlar ittifaqının nümayəndəsi polis heyətinin idarə olunmasını və rəhbərliyin zorakılıq hallarının qarşısını almaq üçün lazımi tədbirləri əvvəlcədən görməməsini tənqid edib.

Bu açıqlamalar Fransada sosial etirazların, məktəb və universitetlərin blokadalarının davam etdiyi bir dövrə təsadüf edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: