Böyük Britaniyada onlarla xərçəng xəstəsinə illərlə normadan artıq kimyaterapiya tətbiq edilib

A- A A+

Böyük Britaniyada Milli Səhiyyə Xidmətinə (NHS) bağlı xəstəxanalarda onlarla xərçəng xəstəsinə uzun illər ərzində tibbi zərurət olmadan kimyaterapiya preparatı təyin edildiyi üzə çıxıb.

NUHÇIXAN  “The Independent”ə istinadla xəbər verir ki, Koventri və Uorvikşir Universitet Xəstəxanalarında xəstələrin müalicəsi zamanı ciddi nöqsanlara yol verildiyi müəyyənləşdirilib.

Araşdırmaya əsasən, 40-dan çox xəstəyə yüksək toksik təsirə malik “temozolomid” (TMZ) adlı kimyaterapiya preparatı tibbi göstəriş olmadan uzun müddət verilib. Bəzi hallarda adətən altı ay davam etməli olan müalicə 10 ildən artıq müddətdə tətbiq olunub. Xəstələrdən bir çoxu lazımsız müalicə nəticəsində həyatlarını ciddi şəkildə dəyişdirən ağır fəsadlarla üzləşdiklərini bildiriblər.

Kral Həkimlər Kollecinin hesabatında qeyd olunur ki, uzunmüddətli kimyaterapiyanın tətbiqi üçün kifayət qədər elmi və tibbi əsaslar olmayıb. Araşdırma zamanı bəzi xəstələrə yanlış diaqnoz qoyulduğu, müalicəyə razılığın alınması ilə bağlı problemlərin mövcud olduğu və tibbi nəzarət mexanizmlərində ciddi çatışmazlıqlar aşkarlandığı müəyyən edilib.

Araşdırma 1996–2024-cü illərdə sözügedən xəstəxanalar sistemində çalışmış və bu yaxınlarda təqaüdə çıxmış klinik onkoloqun fəaliyyəti ilə bağlı narazılıqlardan sonra başlanıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: