Türkiyənin Muğla vilayətinin Bodrum rayonu yaxınlığında Rixter cədvəli üzrə 4,6 bal gücündə zəlzələ baş verib.
NUHÇIXAN Türkiyə Fəlakətlər və Fövqəladə Vəziyyət Mərkəzinin (AFAD) rəsmi saytına istinadla xəbər verir ki, yeraltı təkan yerli vaxtla saat 8.27-də qeydə alınıb. Zəlzələnin episentri Bodrum sahilindən 350 metr aralıda, 7,8 kilometr dərinlikdə olub. Hələlik dağıntı və tələfat barədə rəsmi məlumat yoxdur.