Böyük Britaniya Aİ ölkələrindən olan tələbələr üçün təhsil haqlarını azaltmağa hazırlaşır

A- A A+

Böyük Britaniyanın Baş naziri Endi Börnhem Avropa İttifaqı (Aİ) ölkələrindən olan tələbələr üçün universitetlərdə təhsil haqlarının əhəmiyyətli dərəcədə azaldılmasına razılıq verib.

NUHÇIXAN xəbər verir ki, “The Telegraph” qəzetinin əldə etdiyi Böyük Britaniya hökumətinin ilkin bəyanat layihəsinə əsasən, London Aİ ölkələrindən olan tələbələr üçün illik təhsil haqqını hazırkı 38 min funt sterlinqdən əhəmiyyətli dərəcədə azaltmağı və ya Britaniya vətəndaşlarının ödədiyi 9970 funt sterlinq səviyyəsinə endirməyi təklif edib.

Bu məsələ Böyük Britaniya ilə Avropa İttifaqı arasında “Brexit”dən sonra münasibətlərin yenidən qurulmasına dair danışıqlarda əsas fikir ayrılıqlarından biri olub.

Britaniya hökuməti təhsil haqlarının azaldılması ilə bağlı təklifin danışıqlarda yaranmış çıxılmaz vəziyyətin aradan qaldırılmasına kömək edəcəyinə ümid edir. Tərəflər arasında yeni razılaşmanın cümə günü imzalanacağı gözlənilir. Böyük Britaniyanın hazırladığı bəyanat layihəsində qeyd olunur ki, London və Brüssel Aİ tələbələrinin Britaniyada, britaniyalı tələbələrin isə Aİ ölkələrində təhsil haqlarının əhəmiyyətli dərəcədə azaldılmasını və ya yerli tələbələrlə bərabər şərtlərin tətbiqini nəzərdə tutan əlavə saziş üzərində işləyəcəklər.

Qeyd edək ki, Böyük Britaniyanın Avropa İttifaqından ayrılmasından sonra Aİ ölkələrindən olan tələbələr Britaniya universitetlərində yerli tələbələr üçün nəzərdə tutulan güzəştli təhsil haqlarından yararlanmaq imkanını itiriblər. Hazırda onlar beynəlxalq tələbələr üçün müəyyən edilmiş daha yüksək təhsil haqlarını ödəyirlər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: