İsrail Müdafiə Ordusu Qəzza zolağına endirilən zərbələr nəticəsində HƏMAS-ın 2 komandirinin öldürüldüyünü bəyan edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə İsrail ordusunun mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, çərşənbə axşamı Qəzza zolağının cənubundakı Xan-Yunis bölgəsinə endirilən zərbə nəticəsində bölgədəki HƏMAS briqadasının taqım komandiri Əşrəf Nayef Məhəmməd Təbasi öldürülüb:
"Anklavın şimalında, Cəbəliyyəyə endirilən digər zərbə ilə HƏMAS taborunun Qərbi Cəbəliyyə üzrə taqım komandiri Saber Nayef Mahmud Nəbhan da zərərsizləşdirilib".
İsrail ordusundan bildirilib ki, hər iki komandir İsrail hərbçilərinə və mülki şəxslərə qarşı hücumların hazırlanmasında, eləcə də HƏMAS-ın hərbi potensialının bərpa edilməsində iştirak ediblər və bu, atəşkəs rejiminin sistemli şəkildə pozulmasıdır.
