Tehran və onunla əlaqəli hakerlər ABŞ və İsrailin İrana qarşı əməliyyatı başlayandan bəri Amerikanın ən vacib infrastrukturuna və informasiya şəbəkələrinə kiberhücumlar həyata keçiriblər.
NUHÇIXAN-ın "Bloomberg"ə istinadən məlumatına görə, bu barədə ABŞ-nin daxili təhlükəsizlik naziri Markueyn Mallin dinləmələr ərəfəsində ABŞ Nümayəndələr Palatasının komitəsinə təqdim etdiyi yazılı ifadəsində bildirib.
"2026-cı ilin əvvəlində İranla münaqişə başlayandan bəri İranın dövlət kiberqrupları və iranyönümlü kibercinayətkarlar ABŞ-nin əsas infrastruktur şəbəkələrinə hücum ediblər", - o qeyd edib.
Mallinin sözlərinə görə, ABŞ-nin nəqliyyat sektoru, səhiyyə, su təchizatı, energetika və maliyyə xidmətləri sahəsi getdikcə daha çox iranyönümlü qüvvələrin hədəfinə çevrilir. Nazir İranın hücumlarının tarixən lokal xarakter daşıdığını və pis qorunan sənaye obyektlərinə minimal ziyan vurduğunu qeyd etsə də, xəbərdarlıq edib ki, həyati əhəmiyyətli infrastrukturda həssas sistemlər və zəif kibergigiyena dağıdıcı nəticələrə səbəb ola bilər.
O, kiberhücumların ötən həftə "Microsoft Corp." xidmətlərində və ABŞ Federal Mülki Aviasiya İdarəsinin sistemlərində baş vermiş kütləvi nasazlıqlarla əlaqəli olub-olmadığını dəqiqləşdirməyib.
ABŞ Dövlət katibi Marko Rubio noyabrın 18-də bildirib ki, bu texniki nasazlıqların bir-biri ilə əlaqəsi yoxdur və hər hansı kiberhücumun nəticəsi deyil.
