2026-cı ildə dünyanı təəccübləndirən 10 qeyri-adi Ginnes rekordu - FOTOLAR

A- A A+

2026-cı il dünyanın müxtəlif ölkələrində qeydə alınan qeyri-adi Ginnes rekordları ilə yadda qalıb. Paltar asa bilən itdən tutmuş tapmaca kubunu saniyələr ərzində həll edən robota qədər fərqli nailiyyətlər rekordlar kitabına daxil edilib.

NUHÇIXAN “Kazinform”a istinadla xəbər verir ki, rekordlar arasında ABŞ-dən olan “Java” adlı itin bir dəqiqədə paltar ipinə səkkiz sancaq bağlaması xüsusi maraq doğurub. İngiltərədə isə bir saat ərzində 5956 cüt corab paltaryuyan maşınlara yerləşdirilərək yeni rekord müəyyənləşdirilib.

Kolumbiyalı idmançı Nestor Santyaqo Qonsales Valero əlləri üzərində 1 saat 15 dəqiqə 13 saniyə dayanaraq əvvəlki rekordu yeniləyib. ABŞ-də 804 nəfərin dinozavr geyimində bir araya gəlməsi də ilin qeyri-adi hadisələrindən olub.

Digər maraqlı nailiyyətlərdən biri britaniyalı ailənin 11 min balqabaq və digər tərəvəzlərdən məşhur təbiətşünas Devid Attenboronun portretini hazırlaması olub. ABŞ-dən olan baytar Metyu Pauers isə cəmi bir dəqiqədə jeledən hazırlanmış 48 ədəd konfeti yeyərək rekorda imza atıb.

Massaçusets ştatında yetişdirilən Hellouin balqabağının çəkisi 1431,5 kiloqrama çatıb. Qazaxıstanda 21 ölkədən 2415 iştirakçının qatıldığı süni intellekt hakatonu da Ginnesin Rekordlar Kitabına düşüb.

İlin texnoloji nailiyyətlərindən biri isə Yeni zelandiyalı mühəndislərin hazırladığı robot olub. Robot 4×4×4 ölçülü tapmaca kubunu cəmi 9,8 saniyəyə həll edib.

Qeyd edək ki, Ginnesin Rekordlar Kitabı Günü hər il noyabrın 19-da qeyd olunur. Bu ənənənin əsası 2004-cü ildə qoyulub.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: