Pakistanda daha 409 əfqan məhbus azadlığa buraxılıb

A- A A+

Pakistan son bir həftə ərzində həbsxanalarda saxlanılan 409 Əfqanıstan vətəndaşını azad edərək vətənlərinə göndərib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, azad edilən şəxslər Spin Boldak və Torxam sərhəd-keçid məntəqələri vasitəsilə Əfqanıstana qayıdıblar. Onlara humanitar yardım göstərildikdən sonra doğma əyalətlərinə yola salınıblar.

Qeyd edək ki, bir neçə həftə əvvəl də Pakistan 416 əfqan məhbusu azad edərək ölkələrinə qaytarıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: