Qazaxıstanda xərçəngin rekonstruktiv cərrahiyyəsinin yeni texnologiyası tətbiq edilib

A- A A+

Qazaxıstan onkoloqları biomaterialdan istifadə edərək süd vəzi rekonstruksiyası texnologiyasını təqdim ediblər.

NUHÇIXAN  Qazaxıstan Respublikası Səhiyyə Nazirliyinə istinadla xəbər verir ki, son bir il yarım ərzində Astanadakı Milli Elmi Onkologiya Mərkəzində şişin çıxarılması əməliyyatları zamanı 120-dən çox təkmərhələli süd vəzi rekonstruksiyası aparılıb.

Əməliyyat zamanı “X-Graft” hüceyrəsiz ksenogen matrisi implant fiksasiyası üçün istifadə olunur. Yeni texnologiya 2026-cı ilin iyulunda tibbi cihaz kimi dövlət qeydiyyatına alınıb və bu, onun tədqiqat layihələrindən kənarda istifadəsinə imkan verib.

2025-ci ildə Qazaxıstanda süd vəzi xərçəngi üzrə 5743 yeni hal qeydə alınıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: