ABŞ-də neft ehtiyatları 3,4 milyon barel artıb

A- A A+

ABŞ-də kommersiya məqsədli xam neft ehtiyatları ötən həftə əvvəlki həftə ilə müqayisədə 3,4 milyon barel artaraq 417,8 milyon barelə çatıb.

NUHÇIXAN  xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin Enerji İnformasiya Administrasiyasının (EIA) məlumatında bildirilir. Analitiklər kommersiya ehtiyatlarının təxminən 400 min barel artacağını proqnozlaşdırırdılar.

Kommersiya ehtiyatlarına daxil olmayan strateji xam neft ehtiyatları isə 3,2 milyon barel azalaraq 276,4 milyon barelə enib. Hesabat dövründə ABŞ-də benzin ehtiyatları 5,2 milyon barel artaraq 215,9 milyon barelə çatıb.

Noyabrın 7-13-ü tarixlərini əhatə edən həftə ərzində ABŞ-də gündəlik xam neft hasilatı 19 min barel artaraq 14 milyon 32 min barelə yüksəlib.

Ölkənin gündəlik xam neft idxalı əvvəlki həftə ilə müqayisədə 1 milyon 122 min barel azalaraq 5 milyon 576 min barel təşkil edib. Gündəlik ixrac isə 1 milyon 33 min barel artaraq 4 milyon 488 min barelə çatıb.

ABŞ-də gündəlik orta xam neft hasilatının bu il 13 milyon 860 min barel, gələn il isə 14 milyon 300 min barel olacağı proqnozlaşdırılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: